Gizlilik ve Güvenlik
MƏXFİLİK MÜQAVİLƏSİ
Bu müqaviləni bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən (bundan sonra “Satıcı” adlandırılacaq) “Maçkar Dış Ticaret Limited Şirketi”, digər tərəfdən (bundan sonra “Vasitəçi” adlandırılacaq) “HIQ Nutrition Azərbaycan” MMC, digər tərəfdən isə “Alıcı” (“Satıcı” “Alıcı” və “Vasitəçi” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:
ANLAYIŞLAR
Müqavilədə (o cümlədən onun Əlavələrində) Müqavilənin bu bəndində müəyyənləşdirilməmiş terminlərdən istifadə oluna bilər. Bu halda, belə termin Müqavilənin mətninə (əlavələri daxil olmaqla) uyğun olaraq təfsir edilir. Müqavilənin mətnində terminin birmənalı təfsiri olmadıqda, müəyyənləşdirilmiş terminin təfsirində rəhbər tutulmalıdır: ilk növbədə - Azərbaycan Respublikasının qanunvericiliyi, ikinci növbədə işgüzar adətlər.
a. Alıcı – Məhsuldan qeyri-kommersiya və ya peşəkar məqsədlər üçün əldə edən, istifadə edən və ya faydalanan fiziki şəxs (istehlakçı).
b. Vasitəçi – Satıcının yaratdığı sistemlə Məhsulları satışa təqdim etdiyi Platformanı idarə edən və Satıcı adından məsafəli müqavilənin qurulmasına vasitəçilik edən şəxs.
c. Satıcı – İstehlakçılara kommersiya və ya peşəkar məqsədlər üçün, o cümlədən publik hüquqi şəxslərə Məhsullar təklif edən və ya Məhsul təqdim edənlərin adından və ya adından fəaliyyət göstərən fiziki və/və ya hüquqi şəxs.
d. Platforma – “MAÇKAR DIŞ TİCARET LİMİTED ŞİRKETİ”-nə məxsus www.takehiq.az adlı internet saytı və mobil tətbiqi.
e. Şəxsi məlumat – Şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu Müqavilə Alıcı, Satıcı və Vasitəçi arasında elektron formada imzalanır. Bu Müqavilə, Alıcının Platformada qeydiyyatdan keçərkən və ya Platformada əməliyyatlar həyata keçirərkən təqdim etdiyi və Vasitəçiyə məlum olan şəxsi məlumatlarının məxfiliyinin və təhlükəsizliyinin qorunması üzrə münasibətləri tənzimləyir. Müqavilə Alıcı tərəfindən elektron şəkildə təsdiq edildiyi andan bağlanmış və hüquqi qüvvəyə minmiş hesab olunur.
1.2. Tərəflər bu Müqavilə üzrə öz hüquq və öhdəliklərini bildiklərini qəbul edirlər.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
2.1. Vasitəçinin hüquq və öhdəliklərinə aşağıdakılar aiddir:
2.1.1. Vasitəçi Alıcının ona məlum olan şəxsi məlumatlarını yalnız AR-nın 11 may 2010-cu il tarixli “Fərdi Məlumatlar haqqında” Qanununa və digət müvafiq qanunvericilik aktlarına uyğun olaraq istifadə edəcəkdir.
2.1.2. Vasitəçi Alıcının ona məlum olan şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edə bilər və bunun üçün Alıcının əlavə razılığının alınmasına ehtiyac yoxdur:
· Platforma üzərindən məhsulların alınması ilə bağlı müqavilənin bağlanması və icrasına dair əməliyyatların həyata keçirilməsi üçün (Müqavilələrin şərtləri ilə bağlı Alıcı ilə əlaqə saxlanılması və zəruri məlumatlandırmaların aparılması məqsədilə; edilən ödənişlərin təsdiqlənməsi zamanı əlaqə saxlamaq zərurəti yarandıqda və s.) ;
· Alıcının maraqlarını nəzərə alaraq onun zövqünə uyğun məhsulların təqdim edilməsi üçün;
· Platformada baş verən yeniliklər, fürsətlər və kampaniyalar barədə Alıcıya məlumat verilməsi üçün;
· Platformada yerləşdirilən markaların məhsulları ilə bağlı Alıcının müraciət, şikayət və təkliflərinin cavablandırılması üçün;
· Müştəri bazasının müəyyənləşdirilməsi məqsədilə analizlərin aparılması üçün.
2.1.3. Vasitəçi, Alıcının ona məlum olan şəxsi məlumatlarını aşağıdakı hallarda üçüncü şəxslərə ötürə bilər:
· Alıcının yazılı razılığı olduğu halda;
· Alıcının ictimaiyyətə açıq olan şəxsi məlumatları 3-cü şəxslərə ötürüldükdə;
· Şəxsi məlumatlar səlahiyyətli dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı ötürüldükdə və bu zaman qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə;
· AR qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
2.1.4. Vasitəçi, 3-cü şəxslərin Platformaya icazəsiz girişlərinin qarşısını almaq üçün mütəmadi olaraq təhlükəsizlik analizləri aparmalı və təhlükəsizliyin qorunması məqsədilə müvafiq texniki və təşkilati tədbirləri görməlidir.
2.1.5. Vasitəçi Platformanın beynəlxalq və milli təhlükəsizlik standartlarına uyğun olmasını təmin etməlidir.
2.1.6. Vasitəçi Alıcının ona məlum olan şəxsi məlumatlarının təhlükəsizliyinin SSL (Secure Sockets Layer) və TSL (Transport Layer Security) protokollarına uyğun olaraq qorunmasını təmin etməlidir. (Qeyd: SSL protokolu internet saytı ilə istifadəçi arasındakı məlumat mübadiləsini şifrələyərək qoruyur, üçüncü şəxslərin istifadəçi məlumatlarını izləməsinin ələ keçirməsinin qarşısını alır. TLS, SSL-in yenilənmiş versiyasıdır və daha güclü təhlükəsizlik təmin edir.)
2.1.7. Vasitəçi Alıcının şəxsi məlumatlarını məhsulların sifariş edilməsi zamanı zərurət yarandıqda, ölkə daxilində və/və ya xaricdə yerləşən törəmə şirkətləri, təchizatçıları ilə paylaşa bilər.
2.2. Alıcının hüquq və öhdəliklərinə aşağıdakılar aiddir:
2.2.1. Alıcı Platformaya üzv olduğu halda aşağıda göstərilən şəxsi məlumatlarının istifadə olunmasına və AR qanunvericiliyi ilə yol verilən həddə üçüncü şəxslərə ötürülməsinə etiraz etmir:
· Şəxsi məlumatlar: Adı, soyadı, cinsiyyəti, yaşı, mobil telefon nömrəsi, e-poçt ünvanı.
· Müştəri Əməliyyatları ilə bağlı məlumatlar: Platforma üzərindən etdiyi ödənişlərin tarixi və məbləği, Platformada yerləşdirilən məhsullara dair yazdığı şərhlər və ya verdiyi suallar.
· Əməliyyat Təhlükəsizliyi ilə bağlı məlumatlar: IP ünvanı, istifadəçi adı, kuki (cookies) məlumatları.
2.2.2. Alıcı Platformada qeydiyyatdan keçərkən və/və ya Platforma üzərindən əməliyyatlar həyata keçirərkən təqdim etdiyi şəxsi məlumatlarının düzgün, tam və aktual olmasını təmin etməlidir.
2.2.3. Alıcı şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşmamağa və təhlükəsizliyin təmin edilməsi ilə bağlı lazımi tədbirləri görməyə borcludur. Əks halda Alıcının lazımi tədbirləri görməməsi səbəbindən üçüncü şəxslərin hərəkətləri nəticəsində yarana biləcək hər hansı zərərə görə şəxsən məsuliyyət daşıdığını qəbul edir.
2.2.4. Alıcı şəxsi məlumatlarının hansı məqsədlə və hansı həcmdə istifadə edildiyini, 3-cü şəxslərə ötürüldüyü halda hansı həcmdə, hansı məqsədlə və kimlərə ötürüldüyü ilə bağlı ona məlumat verilməsini Vasitəçidən tələb etmək hüququna malikdir.
2.2.5. Alıcı Platformada qeyd edilən yanlış və ya natamam olan şəxsi məlumatlarının silinməsi və ya düzəldilməsi üçün Vasitəçiyə müraciət etmək hüququna malikdir.
2.2.6. Alıcı şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq təşkilati və texniki tədbirlərin görülməsini Vasitəçidən tələb etmək hüququna malikdir.
2.2.7. Alıcı şəxsi məlumatlarla bağlı müraciətlərini ərizə ilə Mehmet Nesih Özmen mahallesi, Yıldırım sokak 20A, Güngören/İstanbul ünvanına poçt vasitəsi ilə və ya Platformada qeyd edilən e-mail ünvanına göndərə bilər. Bu zaman Alıcı şəxsiyyətini təsdiq edən sənədi ərizəyə qoşma olaraq əlavə etməlidir. Ərizə poçt vasitəsi ilə göndərildikdə ərizənin üzərinə, e-mail vasitəsi ilə göndərildikdə isə ərizənin mövzu hissəsinə “şəxsi məlumatlarla bağlı müraciət” yazılması tələb olunur. Müraciətlər 30 (otuz) gündən çox olmayan müddətdə ödənişsiz şəkildə cavablandırılır. Lakin, müraciətin cavablandırılması üçün əlavə xərclər tələb olunarsa, həmin xərclərin ödənilməsi Alıcıdan tələb edilə bilər.
2.3. Satıcının hüquq və öhdəliklərinə aşağıdakılar aiddir:
2.3.1. Satıcı Alıcının ona məlum olan şəxsi məlumatlarını yalnız AR-nın 11 may 2010-cu il tarixli “Fərdi Məlumatlar haqqında” Qanununa və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq istifadə edəcəkdir.
2.3.2. Satıcı Alıcının şəxsi məlumatlarını məhsulların sifariş edilməsi zamanı zərurət yarandıqda, ölkə daxilində və/və ya xaricində yerləşən törəmə şirkətləri, təchizatçıları ilə paylaşa bilər.
3. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAMI QAYDASI
3.1. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və qeyri-müəyyən müddətə qüvvədədir.
4. MÜBAHİSƏLƏRİN HƏLLİ
4.1. Tərəflər onlar arasında həmin Müqavilənin icrası prosesində yaranacaq bütün mübahisələrin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər.
4.2. Mübahisələr 15 (on beş) gün ərzində danışıqlar yolu ilə həll edilə bilmədikdə Azərbaycan Respublikasının aidiyyətı üzrə məhkəmələrində həll ediləcəkdir.
4.3. Müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan qaydada tənzimlənir.
4.4. Mübahisələrin məhkəmədənkənar həlli və ya məhkəmə müddəti tərəflərin öhdəliklərini icra etməli olduğu müddəti dayandırmır və ya kəsmir.
5. MƏSULİYYƏT
5.1. Tərəflər müqavilədən irəli gələn öhdəliklərini icra etməmələrinə və ya lazımınca icra etməmələrinə görə məsuliyyət daşıyırlar.
6. DİGƏR ŞƏRTLƏR
6.1. Müqaviləyə edilmiş əlavə və dəyişikliklər yalnız yazılı şəkildə tərtib edildikdən və tərəflərin imza və möhürü ilə təsdiq olunduqdan sonra hüquqi qüvvəyə malikdir.
6.2. Müqavilə üzrə Tərəflərin bir-birinə ötürdükləri məlumatlar bildiriş hesab olunur və müqavilənin ayrılmaz tərkib hissəsidir. Bildirişlər yalnız yazılı formada verilməlidir. Müqavilədə göstərilmiş ünvanlara göndərilmiş bildirişlər onlara çatmış hesab olunur və hüquqi qüvvəyə malikdir.
6.3. Tərəflərdən heç biri hazırki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tərəflərin idarəsindən asılı olmayan və hazırki müqavilə imzalandıqdan sonra meydana çıxan qarşısıalınmaz qüvvə halları, yəni daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlərin, habelə elan edilmiş və edilməmiş müharibə, digər hərbi əməliyyatlar, terror aktları, mühasirə, dövlət hakimiyyəti orqanlarının qərarları və hərəkətləri, eləcə də qarşısıalınmaz digər səbəblər nəticəsində tam və ya qismən yerinə yetirdikdə, ya lazımi səviyyədə yerinə yetirmədikdə məsuliyyət daşımır.
6.4. Bu Müqavilə Azərbaycan dilində olmaqla 2 (iki) orijinal nüsxədə tərtib edilmişdir. Hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir. Müqavilə Alıcı tərəfindən elektron şəkildə təsdiq edilərək bağlanmış və hüquqi qüvvəyə minmişdir.